Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Gəncə. 14 dekabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Cavid Beyfudov idarə etdiyi avtomobildən hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, C.Beybudov müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54