Gəncədə ahıl kişi biləklərini kəsərək intihar edib

Gəncə. 9 dekabr. REPORT.AZ/ Gəncə şəhərində 75 yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1942-ci il təvəllüdlü Talıb Bayram oğlu Budaqov yaşadığı evdə həddindən artıq dərman içdikdən sonra biləklərini kəsərək intihar edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56