Gəncədə 34 yaşlı kişi bıçaqlanıb

Gəncə. 19 may. REPORT.AZ / Gəncə şəhərində yerli sakin bıçaqlanaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Gəncə şəhəri, Nizami rayonu ərazisində baş verib.

Belə ki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Zaur Məmmədov bədəninin müxtəlif nahiyələrinə üç bıçaq zərbəsi alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığının öyrənilməsi istiqamətində hüquq mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48