Gəncədə 27 yaşlı kişi bıçaqlanıb

Gəncə. 2 yanvar. REPORT.AZ/ Gəncədə yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini 27 yaşlı Asif Bəxtiyar oğlu Hüseynov kürək nahiyəsindən daxilə keçən bıçaq yarası alaraq ağır halda xəstəxanaya aparılıb. Həkimlər tərəfindən əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Yaxınları həkimə onun yaşadığı evdə yıxılaraq xəsarət aldığını bildirib. Lakin fakt hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43