Gəncə "SOS" Uşaq Kəndinin inzibati binasından oğurluq olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Gəncə "SOS" Uşaq Kəndinin inzibati binasından oğurluq olub.

"Report" xəbər verir ki, yanvarın 17-nə keçən gecə Gəncə "SOS" Uşaq Kəndinin inzibati binasından musiqi aləti və 1 ədəd noutbuk oğurlanıb.

Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini Emin Məmmədov tutulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47