​Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb

Bakı. 16 aprel. REPORT.AZ/ Gəncə şəhər sakininin evindən odlu silah və ləvazimatları götürülüb. "Report" xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami (Gəncə) Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elnur Cavadovun evindən nömrəsi silinmiş “AKSU-74” markalı silah, 30 ədəd patron və patron darağı, habelə 12 ədəd ərəb əlifbası ilə yazılmış kitab (dini ədəbiyyat olması ehtimal olunur) aşkar edilib.

Digər xəbərlər

Masazırda 4 avtomobil yanıb 10 oktyabr, 2026 / 09:11