Gəncə sakini özünü Bakı-Tbilisi qatarının altına ataraq intihar edib

Gəncə. 4 oktyabr. REPORT.AZ/ Gəncədə intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, ötən gecə saat 3 radələrində 60 yaşlarında olan şəhər sakini Bağırov Abbas Novruz oğlu özünü Bakı-Tbilisi sərnişin qatarının altına ataraq intihar edib. Onun cibindən çıxan kağızda xəstəlikdən əziyyət çəkdiyi, bu xəstəlikdən bezdiyi səbəbindən yaşamaq istəmədiyi qeyd olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14