Gədəbəyin İcra Hakimiyyətində şöbə müdiri işdən çıxarılıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin  (RİH) şöbə müdiri işdən çıxarılıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, RİH-in Memarlıq və tikinti şöbəsinin müdiri Bayramov Əlövsət Talıb oğlu tutduğu vəzifədən azad edilib. 

Hazırda həmin vəzifəyə yeni təyinat yoxdur.

Qeyd edək ki, Ə.Bayramov bu vəzifəyə 6 ay əvvəl təyin edilmişdi.

Digər xəbərlər