Gədəbəydə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alan var

Gədəbəy rayonunda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəhmət kənd ərazisində qeydə alınıb. 

Gədəbəy rayon Arıqdam kənd sakini, 1986-cı il təvəllüdlü Firdovsi Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobil əvvəlcə "QAZel" markalı avtomobilə, sonra isə yaxınlıqdakı "VAZ-2107""VAZ-21015" markalı avtomobillərə çırpılıb. Qəza zamanı zərbənin gücündən "QAZel" markalı avtomobil aşıb

Hadisə zamanı F.Məmmədov xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05