Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Düzyürd ərazisində qeydə alınıb.
Qəza nəticəsində 2 nəfər - Ruslan Hüseynov və həyat yoldaşı Nüşabə Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı 3 nəfər - 10 yaşlı Məcid Nuriyev, 65 yaşlı Mahir Nuriyev və 59 yaşlı Səriyyə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.