Gədəbəy rayonunda yol qəzasına düşən şəxs Bakıda xəstəxanada ölüb.
“Report” xəbər verir ki, hadisə Gədəbəy rayonunun Slavyanka kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Sərxan Vahid oğlu Məmmədov yol-nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli xəsarətlər alıb. O, Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına aparılsa da, ancaq həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.