Gədəbəydə yerli sakin dəm qazından ölüb

Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47