Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənən var

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Fərdi evdə baş vermiş yanğın zamanı 1959-cu il təvəllüdlü Q.Məmmədəliyev tüstüdən zəhərlənib. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04