Gədəbəydə avtomobil qəzası olub, ölən var

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəhmət kəndində qeydə alınıb.

Şəmkir rayon Çənlibel kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 15 aprel, 2026 / 07:43