Gədəbəydə avtomobil piyadanı vuraraq öldürüb 

Gədəbəy rayonunun Maarif kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən Gədəbəy rayon sakini V.Qasımovu "VAZ-21011" markalı avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36