Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər - sürücü, 1990-cı il təvəllüdlü Nicat Məmmədov və sərnişin, 1976-cı il təvəllüdlü Natavan Hüseynova xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar. Onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19