Gədəbəydə 58 yaşlı kişini avtomobil vuraraq öldürüb

Gədəbəy rayonunun Qızıltorpaq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü Ələsgər Bayram oğlu Allahverdiyevi avtomobil vurub.

Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41