Gədəbəydə 48 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun Qalakənd adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü Tağıyev Elman Polad oğlunun Qalakənd meşəsində qeyri-qanuni yolla kəsdiyi ağac onun üzərinə düşüb. E.Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14