Gədəbəydə 44 yaşlı kişi qohumunu bıçaqlayıb

Bakıdan Gədəbəy rayonunun Şəkərbəy kəndinə qonaq gedən şəxs bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü Xəyal İsmayılov mübahisə zəminində bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin qohumu 1979-cu il təvəllüdlü Rəşad Cabbarovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər