Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb

Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qoşabulaq kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü E.Ələkbərov qolundan bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

O, bildirib ki, hadisə yaxını tərəfindən törədilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27