Gədəbəydə 2 yeniyetməni avtomobil vurub

Gədəbəy rayonunda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gədəbəy şəhər ərazisində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü N.Mahmudovu və 2010-cu il təvəllüdlü V.Bağırovu avtomobil vurub.

Hər ikisi müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14