Gədəbəydə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Arıqdam kənd ərazisində qeydə alınıb.

İki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü R.Ələkbərov və digər avtomobilin sürücüsü xəsarət alıb. Onlardan R.Ələkbərov xəstəxanaya çatdırılıb. Digər sürücüyə isə ambulator müayinə göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41