Gədəbəy sakini xəstəxanada intihar etdi

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Əmiraslanlı kənd sakini, 50 yaşlı Elbrus Səfərov tibb müəssisəsinin həyətində intihar edib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Səfərov əvvəllər həbsdə olub.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48