Gədəbəy sakini quyu qazarkən bədbəxt hadisə nəticəsində ölüb

Gədəbəydə 41 yaşlı kişini quyu qazarkən elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Zəhmətkənd kəndi ərazisində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Gədəbəy rayon sakini Süleymanov Bəhruz Kərim oğlu oktyabrın 24-ü səhər saatlarında rayonun Zəhmətkənd kəndi ərazisində həyətyanı sahədə quyu qazarkən elektrik cǝrǝyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti