Gədəbəy rayonunda yerli sakin özünə xəsarət yetirib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun 1965-ci il təvəllüdlü Gərgər kənd sakini İ.İsgəndərov yaşadığı evin həyətində qol nahiyəsindəki damarlarını kəsib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım alıb.
Faktla bağlı araşdırma aparılır.