FHN teatr binasında təlim keçirir

Bakı. 14 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında yanğına qarşı taktiki-xüsusi təlim keçirir.

Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün saat 10:00-dan başlamış təlim 12:00-dək davam edəcək.

Təlimi Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti nazirliyin digər qurumlarının iştirakı ilə birgə keçirir.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24