İki gün əvvəl Lənkərançayda batan şəxsin meyiti tapılıb

İki gün öncə Lənkərançayda batan şəxsin meyiti tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 16-da Lənkərançay çayında batmış 1976-cı il təvəllüdlü Panayev Elşad Xanhəsən oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27