FHN Masallıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı rayonunda “Mercedes” markalı mikroavtobusla "KamАz" markalı yük avtomobilinin  toqquşması barədə məlumat yayıb. 

Nazirlikdən "Report"a verilən məlumat görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 

Onlar mikroavtobusda olan 7 nəfərin meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər