​Tofiq Yaqublu qızının dəfnində iştirak etmək üçün azadlığa buraxılacaq

Bakı. 23 aprel. REPORT.AZ/ Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun dəfnində iştirak etmək üçün yeddi günlüyə azadlığa buraxılacaq.

Bu barədə "Report"a T.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. O bildirib ki, Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı Penitensiar Xidmət rəsmən icazə verib: "Hazırda sənədləşmə işləri aparılır. O, sabah yeddi günlük müddətə azadlığa buraxılacaq".

Xatırladaq ki, T.Yaqublunun qızı N.Yaqublu bu gün Rusiyadakı xəstəxanaların birində dünyasını dəyişib.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38