Elşad Hacıyev: "Telejurnalist fikrindən daşındırılaraq polis orqanına dəvət edilib"

Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təcili müdaxilə edilib.

"Report" xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib: "Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".

Qeyd edək ki, telejurnalist Ceyhun Rzayev intihar edəcəyini elan edib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54