Elmlər Akademiyası metrostansiyasının önündə gənc oğlanı maşın vurub

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Hüseyn Cavid prospekti ilə hərəkət edən 2001-ci il təvəllüdlü Məhyəddinov Cahandar Əziz oğlunu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər