"Əlillərin binası"nda qətl baş verib - YENİLƏNİB

Göygöl. 27 dekabr. REPORT.AZ/ Göygöl rayonunda həmyerlisini qətlə yetirən şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində "Əlillərin binası" deyilən binada baş verib. 

Belə ki, həmin binada yaşayan Daşkəsən rayon sakini, 1949-cu il təvəllüdlü Qəzənfər Müzəffər oğlu Musayev tanışı olan Göygöl rayon sakini, 1952-ci il təvəllüdlü Muradov Seymur Rafiq oğlu ilə yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Bu zaman S.Muradov bıçağa əl ataraq ev sahibi Q.Musayevi qətlə yetirib. Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


***23:11

Göygöl. 26 dekabr. REPORT.AZ/ Göygöl rayonunda 67 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Əlillər binasında" baş verib.

Belə ki, həmin binanın sakini, 1949-cu il təvəllüdlü Qəzənfər Müzəffər oğlu Musayev hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48