Ələtdə avtomobillər toqquşub, yaralanan var

Bakının Qaradağ rayonunda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Musayeva Ayşən Mübariz qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39