Ələtdə qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb

Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb.

"Report" xəbər verir ki, hadisə aprelin 4-ü saat 20 radələrində baş verib.

Belə ki, Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasovanın yaşadığı evdə qida borusunda yemək qalıb. Nəticədə o, həyatını itirib.

Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41