Ələt-Astara yolunda qəza olub, xəsarət alanlar var 

Ələt-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yolun kənarına aşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Masallı rayon sakinləri, 1974-cü il təvəllüdlü Aqşin Quliyev, 1961-ci il təvəllüdlü Aləmzər Quliyeva və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Səidə Canbolatdır.

Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38