Mərakeş və Pakistan vətəndaşları Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərib.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, Mərakeşin iki vətəndaşı - Mohammed Fassih və Ousama Ben Moulay Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərib.
Bundan başqa, Pakistanın üç vətəndaşı - Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Normanın da Azərbaycan sərhədini Gürcüstan istiqamətində pozmaq niyyətinin qarşısı alınıb.
Onlar sərhədçilərin keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.
Faktlarla bağlı əməliyyаt-istintaq tədbirləri aparılır.