DİN: "Samuxda 3 nəfərdə narkotik aşkarlanıb"

Samuxda 3 nəfərdə narkotik aşkarlanıb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıb. Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan "metamfetamin" aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb, araşdırmalar davam etdirilir

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26