DİN: "Ötən gün 10,2 kq-dan artıq narkotik vasitə aşkar olunaraq götürülüb"

Polis əməkdaşlarının yanvarın 27-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 3,6 kiloqramdan çox marixuana olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Digər xəbərlər

Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01
Göyçayda marketdə yanğın olub 25 aprel, 2026 / 10:23