Bakı. 18 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran şəxslə bağlı məlumat yayıb. "Report" xəbər verir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb. Yol Patrul Xidməti avtomobilinin müxtəlif hissələrini çəkiclə sındırmış Bakı şəhər sakini Şahin Bəylərovdan 302,477 qr heroin götürülüb. Fevralın 17-də saat 14 radələrində Nərimanov rayonunun G.Qədirbəyova küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Ş.Bəylərov Nərimanov RPİ 18-ci PB əməkdaşları tərəfindən saxlanılmış və sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
Nazirlik DYP maşınına ziyan vuran şəxs barədə məlumat yayıb
Digər xəbərlər
FHN: Ötən həftə 149 yanğına çıxış olub, 4 nəfərin meyiti tapılıb
19 oktyabr, 2026 / 09:11
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
18 oktyabr, 2026 / 20:16
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
18 oktyabr, 2026 / 19:12
Salyanda minik avtomobili aşıb, bir nəfər ölüb
18 oktyabr, 2026 / 12:37
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
18 oktyabr, 2026 / 09:07
Qarabağ – Neftçi matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
18 oktyabr, 2026 / 00:12
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17 oktyabr, 2026 / 17:45
Biləsuvardakı avtoqəzada xəsarət alanlar Kliniki Tibbi Mərkəzə təxliyə olunublar - yenilənib-2
17 oktyabr, 2026 / 16:42
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
17 oktyabr, 2026 / 14:09
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
17 oktyabr, 2026 / 09:37
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
17 oktyabr, 2026 / 00:09
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
16 oktyabr, 2026 / 18:13
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edib
16 oktyabr, 2026 / 14:35
Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb
16 oktyabr, 2026 / 14:20
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb
16 oktyabr, 2026 / 14:01
Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
16 oktyabr, 2026 / 12:28
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
16 oktyabr, 2026 / 11:23