Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb.

Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci il təvəllüdlü Aysel Zeynalova, Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və Ülvi Quliyev xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər