Deputatlığa namizəddən rüşvət almaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakı. 2 noyabr. REPORT.AZ/ Deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası noyabrın 6-na təyin edilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) təqsirləndirilir. İş üzrə Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslər qismində tanınıblar.

Xatırladaq ki, zərərçəkmiş A.Rəhimov 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olub.

Digər zərərçəkmiş E.Xəlilov isə hüquqşünasdır. O, 2009-cu ildə hakimiliyə namizədlərdən olub.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54