Dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd olub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Salyan dəmir yolu stansiyasının ərazisindən oğurluğa cəhd olub.

"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan dəmir yolu stansiyasının ərazisindən vaqonlardan sökülmüş 2 m3 taxtanı oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Salyan şəhər sakinləri Rauf Hüseynov və Fərhad Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47