Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb

Daşkəsən. 26 iyun. REPORT.AZ/ Daşkəsən rayonunun Xoşbulaq kəndində bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Qurbanov Xalıq Azər oğlu kabab çəkərkən ehtiyatsızlıqdan özünü yandırıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta-ağırdır.

Dostlarının dediyinə görə, o, kömürü alışdırmaq üçün manqala benzin tökərkən yanacaq onun üzərinə də dağılıb. Nəticədə onu alov bürüyüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05