Dağıstanda qəzada 4 nəfər ölüb

Bakı. 24 avqust. REPORT.AZ/ Dağıstandakı Mahaçqala-Qızılyar-Qoçubəy yolunda avtobus və Vesta Lada avtomobilinin toqquşması baş verib.

"Report" xəbər verir ki, qəza nəticəsində dörd nəfər ölüb, daha bir nəfər xəsarət alıb. Onun vəziyyəti barədə hələlik heç nə məlum deyil.

Hadisə yerində polis əməkdaşları hadisənin bütün səbəblərini aydınlaşdırılır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41