Çörək sexində çalışan Ağdaş sakini bədbəxt hadisə nəticəsində ölüb

Ağdaş.16 sentyabr. REPORT.AZ/ Çörək sexində cərəyan rayon sakininin ölümünə səbəb olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ağdaş şəhərinin çörək sexlərindən birində baş verib. 

Belə ki, 19-cu məhəllə sakini Quliyev Ceyhun Xalid oğlunu işdə elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14