Coratda gənc oğlan bıçaqlanıb

Bakı. 22 iyun. REPORT.AZ/ Abşeron rayonunun Corat qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Bakı sakini Gözəlov Orxan Mobil oğlu iki nəfər tanışı ilə əlbəyaxa dava nəticəsində bıçaq xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47