Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb

Cəlilabad. 20 oktyabr. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin "İran bazarı" adlanan hissəsindən keçən ərazidə qeydə alınıb.

Qəza zamanı "Kamaz" markalı yük avtomobili "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1973-cü il təvəllüdlü Cəlilabad sakini Məmişov Elxan Tomar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb. Ona ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37