Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Əsədli kəndində qeydə alınıb.
Belə ki, "QAZ-53" markalı yük avtomobilinin aşması nəticəsində 32 yaşlı C.Hüseynov ölüb, sürücü N.Abbasov və daha bir sərnişin yaralanıb.
Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.