Cəlilabadda yol qəzası zamanı 1 nəfər ölüb

Bakı. 25 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Mikayılov Taleh Məmməd oğlunun idarə etdiyi maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37