Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində, Mərkəzi Bazar yaxınlığında qeydə alınıb.

Nəticədə rayonun Ocaqlı kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Allahşükür oğlu Məmmədov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59